Interposta.Info

Bu iyrənc görüntülər Abşeronda çəkilib -

Müxtəlif
 2-02-2018, 00:31     10 494

Abşeron rayonunda göl qırağına xeyli sayda at cəmdəyi atılıb. Atan şəxs və şəxslərin kimliyi isə məlum deyil.

"XeberBiz" "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ətrafı üfunət bürüdüyündən bu məsələ yaxınlıqda yaşayan sakinləri narahat edir. Artıq rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər və təqsirkar şəxslərin tapılması üçün polisə müraciət olunacaq.
Söhbət Abşeron rayonunun 28 may qəsəbəsində yerləşən gölün kənarından gedir. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, xüsusən də axşam saatlarında müəyyən şəxslər ölmüş at cəmdəklərini avtomobilə gətirərək gölün kənarına atır. Onların sözlərinə görə, bu hal uzun müddətdir, davam edir.

Abşeron rayon baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər.

Baytarlıq İdarənin rəisi Tahir Abdullayev bildirib ki, əməkdaşları tərəfindən yaranan antisantariyanın qarşısı alınacaq.

Qeyd edək ki, təqsirkar şəxslərin tapılması üçün artıq polisə müraciət olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26