Interposta.Info

FHN-dən “Azneft” meydanında yanan bina ilə bağlı açıqlama

Müxtəlif
 20-01-2018, 13:46     10 529

Səhər saatlarında "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verən yanğın lokallaşdırılıb.

interposta.info bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanğın yaşayış binasının damında başlayıb.

Hadisə ilə bağlı bina sakinlərinin təxliyyə edilmədiyi və yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.

****
Bakıda yaşayış binasında yanğın başlayıb.

interposta.info Oxu.Az-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda, "Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26