Interposta.Info

DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır

Müxtəlif
 27-12-2017, 15:30     9 183

Xəbər verdiyimiz kimi, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

XeberBiz azxeber.com-a istinadən xəbər verir ki, itkin düşən alpinistlərdən biri Hüseynov Babur Vaqif oğlu tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun qardaşıdır.

Teleaparıcı özü bu haqda sosial şəbəkələrdə yazıb: "Qardaşım üçün etdiyiniz dualara görə, təşəkkür edirəm. Onu qucaqladığım anı canlı yayım edəcəm, özü də sizə təşəkkür edəcək. Ölməyəcək, mənim birdənəm, sağ qayıdacaq."

Məlumata görə Babur "Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul olub.

interposta.infoDİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır
DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26