Interposta.Info

Mübariz Qurbanlı: "İraqdakı azərbaycanlı uşaqlardan bəziləri ölkəyə gətirilib"

Müxtəlif
 18-12-2017, 12:33     10 519

"Dini Qurumlar üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, İraqdakı Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir: "Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları İraqda olan uşaqların Azərbaycana gətirilməsi üçün işlər görür. Artıq uşaqların bəziləri gətirilib və proses davam edir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26