Azərbaycanlının iddiası əsasında erməni deputat müflis elan edildi
Rusiyanın Kamçatka vilayətinin Arbitraj məhkəməsi erməni əsilli fərdi sahibkar, Petropavlovsk-Kamçatka Şəhər Dumasının deputatı və "Naçinki" sanatoriyasının direktoru Sarqis Saroyanı müflis elan edib.
XeberBiz report-a istinadən xəbər verir ki, bu barədə məhkəməyə istinadən "Kaminform" nəşri məlumat yayıb.
"Sahibkara qarşı 4 ay müddətinə borcların restrukturizasiya proseduru tətbiq olunub, habelə fərdi sahibkarın maliyyə rəhbəri təsdiqlənib", - deyə məhkəmədən bildirilib.
Bundan əvvəl Petropavlovsk-Kamçatka məhkəməsi Salmanov Rahib Azərbaycan oğlunun iddiasını təmin edib. Məhkəmə erməni Saroyanın azərbaycanlıya 7 milyon rubl (118 min 173 ABŞ dolları) pul borclu olduğunu müəyyən edib. Lakin sahibkar bu məbləği hələ də qaytarmayıb. Ona görə də, Arbitraj məhkəməsi azərbaycanlının bəyanatı əsasında deputatı müflis elan edib.
"Məhkəmə bəyanatçının tələbinin 500 min rubldan artıq olduğunu, öhdəliklərin təyin olunduğu tarixdən bu yana üç ay müddətində icra olunmadığını və vətəndaşın ödəmə qabiliyyətinin olmadığını nəzərə alaraq, bəyanatı əsaslı bilib və müflislik proseduru tətbiq edib", - deyə Arbitraj məhkəməsindən əlavə ediblər.
Erməni deputat məhkəmənin qərarından appelyasiya şikayəti versə də, bu, qərarın icrasını dayandırmayıb.
Bildirilir ki, Sarqis Saroyan Kamçatkada kifayət qədər tanınmış şəxsdir. O, "Parni" şirkətinin rəhbəridir. Saroyan, bundan əlavə, Şəhər Dumasının deputatı və yenidənqurulmasına on milyonlarla rublun yatırıldığı "Naçinki" sanatoriyasının faktiki sahibidir. O, 1962-ci ildə Ermənistanda doğulub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26