Səbuhi Əhmədovun quruluşunda "İMPERATOR" Ağdam Teatrında! - FOTOLAR
"XeberBiz" xəbər verir ki, Ağdam Dövlət Dram Teatrı öz tamaşaçılarına yeni premyera sevinci yaşadıb, teatrsevərlərə növbəti tamaşasını təqdim edibdir.
Teatr bu dəfə tamaşaçıların görüşünə E.Hüseynbəylinin "İMPERATOR" lirik-psixoloji dramı ilə gəlib. Tamaşanın quruluşçu rejissoru istedadlı aktyor-rejissor Səbuhi Əhmədovdur. Tamaşanın səhnə təcəssümü olduqca maraqlı və zəngin kaloritlərdən, eləcə də sadə və dinomik oyunlardan ibarətdir. Qeyd edək ki, pyes müasir ədəbiyyat məhsuludur və müasir teatr xüsusiyyətlərini - istər janr, istər mövzu baxımından fərqliliyini və özəlliyini özündə əks etdirir. Tamaşa üç nəfər iştirakçıdan ibarətdir və pyes bütövlükdə üç iştirakçının ( kişi, qadın və naməlum adamın, sonradan imperator ) üzərində qurulub. Hadisələr bir məkan və bir neçə şəkildən, eyni zamanda zaman fərqi ilə yaranmış səhnələrdən ibarətdir.
Tamaşada Əməkdar artist və Prezident mükafatçısı Aida Qasımova, Əməkdar mədəniyyət işçisi Nizami Əsgərov və Səbuhi Əhmədov iştirak edirdilər.
Sonda Ağdam Dövlət Dram Teatrının direktoru M.Hüseynov və teatrın baş rejissoru, Əməkdar artist N.Cəfərov tamaşanın rejissoru S.Əhmədovu, həmçnin iştirakçıları ürəkdən təbrik edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26