Interposta.Info

Ocaqovun “Təhminə”də hamının gözündən qaçan səhvi

Müxtəlif
 26-11-2017, 07:35     10 528

Rasim Ocaqov “Təhminə” filmini çəkəndən sonra montaj prosesində assistenti kadrda uyğunsuzluq görüb rejissora bildirir. Uyğunsuzluq da o imiş ki, Zaur Təhminənin evində pəncərədən baxarkən Spartakın maşını əvvəlcə örtükdə, ikinci dəfə baxanda isə örtüksüz olub.

"XeberBiz" Kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Arzu Qazıyeva bölüşüb. O bildirib ki, problemin yaranmasına səbəb yuyulmağa aparılmış örtüyün sonra yaddan çıxıb geri qaytarılmaması və eyni səhnənin davamı çəkilərkən də həmin detala diqqət yetirənin olmaması imiş:

“Əlbəttə ki, geri qayıdıb həmin epizodu təkrar çəkmək mümkün deyilmiş. Rasim Ocaqov fors-majoru anlasa da, tövrünü pozmayaraq deyib: “Əgər tamaşaçı maşının örtüyünün olub-olmamasına baxacaqsa, deməli, mən kino çəkməmişəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26