Interposta.Info

Bakıda qəza şəraiti yaradan sürücü -

Müxtəlif
 20-11-2017, 23:06     10 438

Əks yola çıxaraq nəqliyyatın axınına doğru hərəkət edir. Görüntülər gecə saatlarında paytaxtın Nizami rayonu Məhəmməd Hadi – Sarayevo küçələrinin kəsişməsində lentə alınıb.

interposta.info Xəzər TV-yə istinadən xəbər verir ki, dayanma-durma qaydalarını pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün böyük təhlükəyə səbəb olur.

Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yol hərəkəti qaydaları pozulanda, böyük faciələrə səbəb olur. Ekspertin sözlərinə görə, sözü gedən sürücü 3 bal və 60 manat məbləğində cərimələnə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26