Interposta.Info

Yol polislərinə veriləcək yeni maşınlarla bağlı xəbərlərə Vaqif Əsədovdan reaksiya

Müxtəlif
 16-11-2017, 00:08     9 709

Azərbaycanda yol polisinə yeni avtomobillər verilməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Yayılan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan son model "Mercedes” AMG C43 markalı yeni avtomobillər məhdud saydadır.

Lakin yenicag.az saytına açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumatdan xəbərsiz olduğunu bildirib: "Bu xəbərlərin haradan çıxdığını bilmirəm. Bu barədə məndə heç bir məlumat yoxdur”.

Xatırladaq ki, yeni maşınların yol polisinə aid olduğu deyilən xəbərlərdə avtomobillərin fotoları da yer alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26