Interposta.Info

Akif Çovdarova hökm oxunacaq məhkəmə başlayır -

Müxtəlif
 30-10-2017, 15:36     9 896

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general A.Çovdarova və digərlərinə hökm oxunacağı gözlənilir.

Əlavə məlumat veriləcək.

Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədovun 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslərin hamısı son sözlə çıxış edərək, onlara qarşı irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıblar.

interposta.infoAkif Çovdarova hökm oxunacaq məhkəmə başlayır -
Akif Çovdarova hökm oxunacaq məhkəmə başlayır -
Akif Çovdarova hökm oxunacaq məhkəmə başlayır -
Akif Çovdarova hökm oxunacaq məhkəmə başlayır -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26