Interposta.Info

Sabah hava mülayim keçəcək – PROQNOZ

Müxtəlif
 25-10-2017, 12:32     9 449

"Oktyabrın 26-da ölkə ərazisində havanın temperaturu 2-4 dərəcəyədək yüksələcək".

interposta.info xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah havanın temperaturu Bakı və Abşeron yarımadasında 20-24, bölgələrdə 21-26, dağlıq ərazilərdə isə 12-18 dərəcə isti təşkil edəcək: "Sabah gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, oktyabrın 26-sı axşam və 27-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26