Azərbaycanlı iş adamı ürəyindən güllələndi - Foto
Rusiyanın Saratov vilayətində azərbaycanlı iş adamı Ceyhun Cəfərov öldürülüb.
Axar.az “Vzsar.ru” saytına istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq İdarəsinin Saratov vilayəti üzrə nümayəndəliyi məlumat yayıb. Cəfərovun odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü bildirilib. Cinayət ötən gün axşam 21:00-da onun evi yaxınlığında törədilib. Cinayətkar Cəfərovu ürəyindən vurub.
Qeyd edək ki, Cəfərovun özəl tikinti idarəsi olub. O, Saratov vilayətinin rəhbərliyi ilə yaxın əlaqələrə sahib imiş.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26