Interposta.Info

Penitensiar Xidmətdən “Lotu Quli” ilə bağlı rəsmi - Açıqlama

Müxtəlif
 25-10-2017, 07:41     8 601

Penitensiar Xidmətdən “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı ilə bağlı xəbərlərə münasibət bildirilib

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumatın yalnız ailə üzvlərinə və yaxınlarına verilə biləcəyini bildirib.

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”, - deyə M. Sadıqov söyləyib.

Xatırladaq ki, “Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.(modern.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26