Dərsliklərin qiymətləndirilməsi üçün ekspertlər axtarılır
Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur.
interposta.info Trend-ə istinadən xəbər verir ki, dərsliklərin qiymətləndirilməsi "Dərslikləri qiymətləndirmə meyarları"na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir.
Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla, onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.
Ekspert xidmətləri ibtidai təhsil səviyyəsinin "Azərbaycan dili" (tədris dili kimi), "Həyat bilgisi", "Познание мира", "Технология", "Изобразительное искусство", "Музыка", "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Riyaziyyat", "Математика", "Информатика" dərslikləri üzrə tələb olunur. Ümumi və tam orta təhsil səviyyəsinin "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Литература", "Riyaziyyat", "Математика", "Информатика", "История Азербайджана", "Ümumi tarix", "Всеобщая история", "Həyat bilgisi", "Познание мира", "Физика", "Химия", "География", "Biologiya", "Биология", " Физическое воспитание", "Технология", "Изобразительное искусство", "Музыка", "Допризывная подготовка" dərslikləri üzrə tələb edilir.
Namizədlər oktyabrın 31-dək [email protected] elektron poçtuna elektron qaydada müraciət edə bilərlər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26