Ətraf mühiti çirkləndirənlərə qarşı yeni üsul:
Türkiyənin Əskişəhər bələdiyyə rəhbəri Yılmaz Böyükerşen ətraf mühiti çirkləndirənlərə qarşı yeni üsulla mübarizəyə başlayıb.
Axar.az xəbər verir ki, “Doğan” agentliyi Böyükerşenin ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Porsuq çayı sahilində skamyada oturub günəbaxan tumu çırtlayan eşşək heykəli yerləşdirildiyini yazıb. Məlumatda bildirilir ki, skamyada oturub günəbaxan tumu çırtlayan uzunqulaq heykəli bütün şəhər əhalisi ilə yanaşı, sosial şəbəkədə də maraqla qarşılanıb.
Agentliyə açıqlama verən bələdiyyə sədri tum qabıqlarını və məişət tullantılarını yerə atan insanlarla başqa cür mübarizə aparmaq mümkün olmadığını və bu heykəlin onlara yardım edəcəyinə inandığını deyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26