67 yaşlı sabiq spiker evlənir -
Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri, keçmiş nazir, hazırki deputat Mehmet Ali Şahin ikinci dəfə evlənir.
BakuPost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 67 yaşlı millət vəkili keçmiş katibəsi Zuhal Fıratla ailə həyatı qurur. Toy bu gün Ankarada otellərdən birində baş tutacaq. Məsələ ilə bağlı açıqlama vermək istəməyən M. A. Şahin "haqqımda bununla bağlı xəbər getməsini istəmirəm” deyib. Onu da bildirək ki, Z. Fıratın 39 yaşı var.
Qeyd edək ki, deputatın ilk həyat yoldaşı 2014-cü ildə müalicə aldığı xəstəxanada vəfat edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26