Interposta.Info

Rəsul Quliyevin Azərbaycanda elektrotı var?

Müxtəlif
 7-10-2017, 16:52     10 467

REAL Hərəkatının İdarə Heyətinin üzvü: “Bu gün Azərbaycanda cəsarətli insanlara ehtiyac var”

“Rəsul Quliyevin Azərbaycanda eloktratının hansı səviyyədə olduğunu əminliklə söyləmək olmaz”.

interposta.info
xəbər verir ki, bu sözləri politoloq Azər Qasımlı Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevin 2018-ci il prezident seçkilərinə namizədliyi ilə bağlı bəyanatını şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Artıq bəziləri 2018-ci il prezident seçkilərinə hazırlaşırlar. Hətta Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev də 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində Rəsul Quliyevin namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüşdü. Ancaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən onun namizədliyi təsdiq olunmadı. Rəsul Quliyevin yenidən prezidentliyə namizəd olması nə dərəcədə reallığa köklənir və onun Azərbaycanda yetərincə eloktratı varmı? Eyni zamanda 2005-ci ildə müxalifətin vahid namizədi olan Rəsul Quliyev Azərbaycana qayıdarkən yarı yoldan qayıtmışdı. Bu halda eyni şounun təkrarlanması mümkündürmü?
Rəsul Quliyevin Azərbaycanda elektrotı var?

Azər Qasımlı: “Azərbaycanda cəsarətli siyasətçilərə olan ehtiyac göz önündədir”.

Sabiq spiker Rəsul Quliyev verdiyi açıqlamanın arxasında sonuna qədər dayancaqsa, bunun müsbət hal olduğunu ehtimal edən politoloq Azər Qasımlıya görə, indiki şəraitdə Azərbaycanda cəsarətli siyasətlərə ehtiyac çoxdur:

“Əgər parlamentin sabiq sədri Rəsul Quliyev namizədliyini verib, nəticədən asılı olmayaraq ölkəyə qayıdacaqsa və özündə cəsarət tapıb verdiyi qərarın arxasında duraraq real addımlar atacaqsa, bu qərara müsbət yanaşmaq olar. Çünki bu gün Azərbaycanda cəsarətli insanlara ehtiyac var.

Rəsul Quliyevin Azərbaycanda eloktratının hansı səviyyədə olduğunu əminliklə söyləmək olmaz. Ona görə ki, Azərbaycanda azad və ədalətli seçkilər olmayıb. O cümlədən, professional, dəqiq və müstəqil sosioloji araşdırmalar baş verməyib. Bu baxımdan Rəsul Quliyevin eloktratı barədə konkret fikir deyə bilmərəm.

Rəsul Quliyevin o zamanlar yarı yoldan qayıtmasına gəlincə, bu addımın təkrarlanıb-təkrarlanmayacağını onun özü daha yaxşı bilər. Hər halda Azərbaycanda cəsarətli siyasətçilərə olan ehtiyac göz önündədir. Burada söhbət imitasiyadan getmir. Belə deyək, qayıtmaq istəyən insanın qarşısını heç kim ala bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26