Interposta.Info

“Ali və Nino”dan müəllimlərə hörmətsizlik

Müxtəlif
 5-10-2017, 00:30     7 576

“Ali and Nino” kitab evində 5 oktyabr - Müəllim günü münasibətilə təşkil olunan endirim kampaniyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, endirim təklifi ilə bağlı afişada açıq-saçıq geyimdə müəllim obrazı əks olunub. Bu isə sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub

interposta.info xəbər verir ki, həmin kitab evi “Şəkildəki hansı müəllimdir elə? Daha çox porno ulduzlarına oxşayır. Kitab və müəllim adının keçdiyi yerdə bu cür fotoşəkil arzuolunan deyil” kimi şərhlərlə sərt şəkildə tənqid edilib.

Lakin “Ali and Nino”nun səhifəsinə yazılan tənqidi sözlərdən sonra sözügedən fotoşəkil silinib.

Qeyd edək ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya “Müəllim günü” kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllim günü” qeyd edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26