Interposta.Info

Ermənilər Cəbrayılda yeni kilsə açdılar -

Müxtəlif
 4-10-2017, 14:22     8 331

Ermənilər Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunun Mexakavan kəndində Müqəddəs Məryəm kilsəsinin açılış mərasimini təşkil ediblər.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, yeni kilsə Qriqor Movsisyanın vəsaiti hesabına tikilib. Açılış mərasimində həmçinin Ermənistan Silahlı Qüvvələrinin dini lideri Vrtanes Abramyan, Qarabağ separatçılarının “general-mayoru” Vardan Balayan da iştirak edib.

Açılış mərasiminin sonunda kilsənin tikilməsini maliyyələşdirən Movsisyana Erməni kilsəsinin Müqəddən Nerses Şnorali ordeni verilib.

Qeyd edək ki, bu, işğal altında olan və Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Azərbaycan torpağında ermənilərin tikdiyi ilk kilsə deyil.

interposta.info
Ermənilər Cəbrayılda yeni kilsə açdılar -
Ermənilər Cəbrayılda yeni kilsə açdılar -
Ermənilər Cəbrayılda yeni kilsə açdılar -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26