Interposta.Info

Azərbaycanlıların Türkiyədən aldığı evlərin sayı açıqlandı

Müxtəlif
 4-10-2017, 07:27     6 873

Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 439 mənzil alıb.

Bu barədə Report Türkiyə Statistika İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və yaxud 11 ədəd çoxdur.

Azərbaycanlılar aldıqları mənzillərin sayına görə İraq (2 255 mənzil), Səudiyyə Ərəbistanı (1963 mənzil), Küveyt (1 075 mənzil), Rusiya (813 mənzil), Əfqanıstan (676 mənzil) və Böyük Britaniya (477 mənzil) vətəndaşlarından sonra 7-ci yerdə qərarlaşıb.

439 mənzildən 54-ü yanvarda, 55-i fevralda, 50-si martda, 65-i apreldə, 63-ü mayda, 46-sı iyunda, 61-i iyulda, 45-i isə avqustda alınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26