Interposta.Info

Sürücünü döyən gənclə bağlı –

Müxtəlif
 19-09-2017, 15:22     9 600

Avtobus sürücüsünü döyən şəxsin kimliyinin dəqiqləşdirilməsi və şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı marşrut sürücüsününün sərnişin tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı danışarkən deyib.

O.Mansurzadənin sözlərinə görə, sürücünü döyən şəxsin tutulması ilə bağlı deyilənlər yalandır:

“Hələlik həbs edilməyib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, 10 TG 034 nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən vəhşicəsinə döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26