Interposta.Info

Nazir oğlunun ölüm səbəbi bilindi

Müxtəlif
 16-09-2017, 12:11     10 615

Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.

Qafqazinfo.az nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R.Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.

44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26