Interposta.Info

Telman İsmayılovun obyektlərində axtarış aparılır

Müxtəlif
 14-09-2017, 21:10     9 909

"Çerkizovo” bazarının keçmiş sahibi, iş adamı Telman İsmayılovun obyektində axtarışlar, sahibkarlar Vladimir Savkinin və Yuri Brilyovun keçən ilin yazında öldürülməsi ilə bağlıdır.

Virtualaz.org-un məlumatına görə, bu barədə “İnterfaks”a məlumatlı mənbədən bildirilib.

Agentliyin mənbəsi bildirib ki, "İstintaq hərəkətlərini İstintaq Komitəsi mərkəzi aparatının əməkdaşları Brilyovun və Savkinin qətli ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində, hansı ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov həbs edilib, araşdırırlar”.

Amma o da qeyd olunub ki, “İnterfaks” bu informasiyanın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən təsdiq edilməsi ilə bağlı məlumata malik deyil.

**

17.34

Məşhur azərbaycanlı iş adamı, Moskvadakı “Çerkizovo” bazarının keçmiş sahibi Telman İsmayılovun obyektlərində axtarış aparılır.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, istintaq tədbirləri 12 ünvanda həyata keçirilir. Bu barədə agentliyə sahibkarın vəkili Aleksandr Dobrovinski məlumat verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26