Interposta.Info

Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)

Müxtəlif
 29-08-2017, 15:53     11 389

Yeni tədris ilinin başlanmasına çox az vaxt qalıb. Bu səbəbdən məktəb ləvazimatı mağazalarında canlanma müşahidə olunur.

Məktəbli ləvazimatları satılan mağazalarda, yarmarkada qiymətlər və ümumi vəziyyətlə maraqlanıb.

Ləvazimatların ən çox satıldığı "28 may” metrosu yaxınlığındakı mağaza sahibləri alıcı qıtlığından gileyləniblər. Onların sözlərinə görə, yeni tədris ilinin başlanmasına az vaxt qalmasına baxmayaraq, alıcılıq qabiliyyəti zəifdir. Satıcılar alıcı qıtlığınının qiymətlərlə bağlı olmadığını deyiblər: "Qiymətlərdə ötən illə müqayisədə heç bir dəyişiklik yoxdur. Buna baxmayaraq, valideynlərin əksəriyyəti bizdən endirim istəyirlər ki, bu da mümkün deyil. Çünki məhsulların üstünə qəpik-quruş qoymuşuq. Mağazalarda məktəbli çantaları 15-80 manat arasında dəyişir. Rəngli karandaş qutusu 2.5 manata da var, 14 manata da.
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)


Düzdür, valideynlərin əksəriyyəti ucuza qaçır. Elə valideyn var ki, dəftəri məndən alır, qələmi başqa mağazadan. Valideynlər gəzirlər ki, ucuz harada varsa, ordan alsınlar”.

Bəzi mağaza sahibləri isə xarici məhsulların qiymətində artım olduğunu etiraf ediblər. Bunu dolların bahalaşması ilə əlaqələndirən satıcılar qiymət fərqinin çox az olduğunu bildirib. Valideynlər və mağaza satıcıları arasında aparılan sorğu nəticəsində məlum olur ki, bir şagirdin məktəbə getməsi üçün (buraya məktəb çantası və dəftər-qələm daxildir) orta hesabla 80-100 manat vəsait lazımdır.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan məktəbli yarmarkasında isə vəziyyət bir qədər fərqlidir. "28 may” metrosunun giriş-çıxışında qurulan çadırlarda mağazalara nisbətən daha canlanma hiss olunur. Görünür, valideynlər mağazalara deyil, bu cür yarmarkalara daha çox üstünlük verirdilər. Halbuki yarmarkada satılan məhsulların çeşidi mağazalara nisbətən daha az idi. Yarmarkada iştirak edən valideynlərin dediklərindən belə məlum olur ki, yarmarkalarda qiymət nisbətən daha ucuzdur.
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)


Məktəbli formasının qiymətlərinə gəlincə isə, Bakı Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov BakuPost.az-a bildirib ki, məktəbli formasının qiymətlərində dəyişiklik yoxdur: "Bildiyiniz kimi, ötən il manatın devalvasiyasından sonra məktəbli formalarının qiymətlərində artım müşahidə olunub. Lakin bu il manatın valyuta məzənnəsi sabit qaldığından qiymətlərdə də dəyişiklik yoxdur. Kiçik siniflər üçün məktəbli formasının qiyməti 40 manat, böyük siniflər üçün isə 46 manat təşkil edir”.
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)


E.Əzimov bu sahədə olan problemlərdən də danışıb: "Saxta məktəbli formaları müxtəlif ticarət mərkəzlərində - Binə, Sədərək və 8-ci km ərazisində kütləvi şəkildə satılır və çox təəssüf ki, bu keyfiyyətsiz və tərkibcə zərərli parçalardan istifadə olunan formaların qiymətləri ucuz olduğundan valideynlər ora daha çox müraciət edir. Çindən kilo ilə formaları alır və bazarda satırlar. Təbii ki, həmin paltarların keyfiyyəti normalara cavab verməyəcək və müxtəlif xəstəliklərə səbəb olacaq”.
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)


E. Əzimov artıq paytaxt üzrə 20, Abşeron rayonu üzrə Xırdalanda iki, Saray və Mehdiabad qəsəbəsində bir, Sumqayıtda iki mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanıldığını söyləyib: "Məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər”.

Beləliklə, bir şagirdin məktəbə getməsi üçün orta hesabla 80-100 manat məktəb ləvazimatlarına, 40-50 manat məktəbli formasına lazımdır. Siyahıya şagirdin digər geyimləri, iş dəftərləri və başqa ləvazimatları əlavə etsək, lazım olan vəsait bir şagird üçün orta hesabla 150-200 manata gəlib çıxır.

interposta.info
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)
Məktəbli bazarında seyrəklik - Valideynlər yeni tədris ili üçün nə qədər xərcləyəcək?/ Hesab (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26