Interposta.Info

Azərbaycan haqqında yalan yazan jurnalist işdən qovuldu

Müxtəlif
 25-08-2017, 17:39     10 382

Jurnalist Dilyana Qaytanciyeva Bolqarıstanın “Trud” qəzetindən qovulub.

Axar.az xəbər verir ki, bu barədə jurnalist özü Feysbuk səhifəsində məlumat yayıb. Jurnalistin qovulmasına səbəb onun Azərbaycanın “Silk Vey” şirkəti haqqında yaydığı yalan məlumat olub. Qaytanciyeva avqustun 24-də Bolqarıstan Milli Təhlükəsizlik Agentliyində məhz bu məsələ ilə əlaqədar dindirildiyini də bildirib. Dindirilmədən sonra o, işdən qovulub.

Qeyd edək ki, bir müddət əvvəl Qaytanciyeva “Silk Vey” və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinin guya Suriyadakı terrorçulara diplomatik aviareyslər vasitəsilə silah daşıması haqqında məlumat yayıb. Onun bu xəbəri sonradan Azərbaycan və “Silk Vey” şirkəti tərəfindən rəsmən təkzib olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26