Interposta.Info

Ərəb turistləri niyə sevmirik?

Müxtəlif
 4-08-2017, 22:25     10 717

Son zamanlar Azərbaycan turizminin inkişaf etməsi ölkəmizə gələn turist sayının da artmasına səbəb olub ki, onların arasında ərəblər xüsusi yer tutur. Artıq şəhərimizin və regionlarımızın gəzməli-görməli yerlərində, istirahət məkanlarında obrazlı desək, ərəb əlindən tərpənmək olmur.

Son statistikaya görə, bu ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərindən 44 196 nəfər, İraqdan isə 19 355 nəfər turist Azərbaycana gəlib.

Qeyd edək ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.

Ərəb turistlərin sayının artması iqtisadi baxımdan ölkəmiz üçün, eləcə də real sektor üçün əhəmiyyətli olsa da, cəmiyyət üçün problemlər də yaradıb. Ərəb turistlərin əxlaq və davranış qaydalarına sığmayan hərəkətləri haqqında hər gün xəbərlər oxuyur, şəhərin mərkəzində bu halları görə bilirik. Bu da vətəndaşların narahatlığına səbəb olur.

Bu məqsədlə paytaxt sakinləri arasında “Ərəb turistlərin Azərbaycana axın etməsinə münasibətiniz necədir?” sualı ilə sorğu keçirdik.

Vətəndaşların əksəriyyəti ərəblərin gəlişindən narazı olduğunu gizlətmədi. Bəziləri isə bunun iqtisadi baxımdan faydalı olduğunu qeyd etdi. Respondentlər arasında avropalı turistlərin gəlişini daha çox arzuladıqlarını deyənlər də oldu.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26