Interposta.Info

Azərbaycanda bu müəllimlər rekord vurdu -

Müxtəlif
 4-08-2017, 19:46     10 426

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İyulun 25-dən start verilən imtahanlarda artıq 40 mindən çox namizəd iştirak edib. Bu gün kimya, musiqi və təsviri incəsənət müəllimliyinə namizədlər imtahan verir.

interposta.info
xəbər verir ki, Təhsil Nazirliyinin kadrlar sektorunun müdiri Rasim Məmmədovun BakuPost.az-a verdiyi məlumata görə, namizədlərdən 3-ü sualların hamısına cavab yazaraq ən yüksək bal – 60 bal toplayıb. Hər üç müəllim - Aybəniz Rövşən qızı Əsgərova, İsgəndər Nürəddin oğlu Səmədov və Nuranə Qarakişi qızı Yusifli kimya müəllimliyinə imtahan verib.

Xatırladaq ki, indiyədək yalnız bir nəfər – Riyaziyyat müəllimliyinə imtahanlar zamanı fərqlənən Gəncə Dövlət Universitetinin məzunu Günay Allahverdiyeva 60 sualın hamısına düzgün cavab verərək maksimum bal toplayıb.
Azərbaycanda bu müəllimlər rekord vurdu -

Nuranə Yusifli

Azərbaycanda bu müəllimlər rekord vurdu -

İsgəndər Səmədov

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26