Interposta.Info

İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri

Müxtəlif
 17-07-2017, 18:51     548

İŞİD silahlılarının arvadları həyat hekayətlərini CNN-nə danışıblar. Hamısının təkidlə birdirdiyi ilk şey odur ki, onlar, əslində İŞİD-in nə olduğunu əvvəldən bilməyiblər və öyrəndikləri zaman şoka düşüblər. İŞİD silahlılarının keçmiş arvadları olan bu qadınlar indi qeyri-müəyyən vəziyyatdə nəzarət aldında xüsusi düşərgələrdə saxlanılırlar. Artıq onları öz vətənləri belə geri qəbul etmək istəmir.

CNN-in müxbiri bu qadınlarla apardığı reportajla onların vəziyyətini işıqlandırmağa çalışıb.


Qadınlar müxtəlif ölkələrdən İŞİD-nin xilafəti elan etdikləri Raqqaya gediblər. Onlardan biri fransız olub və indi arzu edir ki, Aralıq dənizində bikinisində günəş qəbul etsin. Digəri Homsdan olan suriyalı ingilis dili müəlliməsidir. O, qeyd edib ki, Türkiyəyə gedərkən Raqqada qalıb, daha sonra mərakeşli İŞİD silahlısına aşiq olub və orada qalıb. İndoneziyadan olan üç bacı isə iddia ediblər ki, onların Raqqaya müalicə və təhsil sözü ilə gediblərmiş.

Hazırda İŞİD üzvlərinin onlarla qaçan arvadları uşaqları ilə birlikdə Suriyanın səhrasında nəzarət altında düşərgədə gözləyirlər. Bu qadınlar Ain İssa qaçqınlar düşərgəsində ayrı saxlanılırlar. Düşərgə İŞİD-in de-fakto paytaxtı Raqqadan 30 mil məsafədə yerləşir.

Səidə – İŞİD silahlısının fransalı arvadıdır. O, Fransanın cənubu Montpellierdəndir. ABŞ-nin dəstəyilə koalisiya qüvvələri Raqqaya hücum etdikdə oradan qaçıblar. Qadınların əksəriyyəti qeyd edib ki, onlar qaçaqmalçılara Raqqadan qaçmaq üçün pul veriblər ki, yola bələdçilik etsinlər. Daha sonra kürd qüvvələri onları alaraq hazırda olduqları yerə aparıb.

“Mən həyatı sevirəm, işimi sevirəm, cinslərimi, makiyajlarımı və valideynlərimi sevirəm. Tək istədiyim şey geri dönüb, maşınımı götürüb səyahət etməkdir” – niqabda olan Səidə bildirib. Onun 14 aylıq oğlu var və ayaqyalın qaçarkən zədə alıb. Səidə qeyd edib ki, o, əri ilə bərabər qaçırmış, lakin yolda ölüb. Onlar qaçaqmalçılara yardım etmələri üçün 6000$ pul ödəyiblər.

Səidə və onun kimi digər xarici qadınlar İŞİD-ə getmələrinin səbəbindən danışıb. Ona və digərlərinə güclü kişilərlə yeni həyata başlacaqları sözü verilmiş. Lakin tam əksi ilə qarşılaşıblar – bir neçə dəfə boşanıb evlənmiş, qadınları alçaldan İŞİD silahlıları arasında qaldıqlarını sonradan anlayıblar. Fransalı qadın Raqqaya çatdıqda zorla “madafa” adlana qadın yataqxanasında yerləşdirildiyindən bəhs edib. Oradakı qaydalardan şoka düşdüyünü qeyd edib. “Madafaya yeni gələn qadın CV kimi bir şey düzəldir. Burada yaşını, adını, xarakterini və bir kişidə nə gözlədiyini qeyd edir. Kişi də öz CV-ni göndərir və bu tanışlıq hesab edilir. Daha sonra görüşürsən, 15-20 dəqiqə danışırsan və razılıq verirsənsə evlənirsən” – fransalı qadın qeyd edib.

Homslu ingilis dili müəlliməsi olan suriyalı Meyin həyat hekayəsi daha fərqlidir. O, Raqqada sevgi axtarışında olmadığını qeyd edib. Mey bildirib ki, Raqqaya Türkiyəyə gedəndə müvəqqəti qalıb. Uşaqları ilə bərabər dostunun evində qalıb. Türkiyəyə isə birinci əri öldürüldükdən sonra getmək istəyib. Qaldığı evin qonşuluğunda İŞİD silahlısı Bilalla qarşılaşıb və ona aşıq olub.

“Onu mənə Allah göndərib”, – Mey qeyd edib. Həbsxanada saxlanılan digər bir sıra arvadlar kimi, o da əri Bilal haqqında xoş sözlər deyib. Lakin o, digər qadınların xoşbəxt olmadığını bildirib.

“Avropalı qadınlar əllərində silah olan İŞİD kişilərinə elə baxırlar ki, sanki onları qoruyacaqlar. Lakin bu sadəcə ideyadır, filmə bənzəyir. Bu qadınlar evləndikdən 4-5 gün sonra və yaxud bir ay sonra boşanırlar, çünki qarşılaşdıqları durum çox fərqli olur”, - Mey qeyd edib.
Mey hətta ən azından altı dəfə boşanan qadının hekayəsini danışıb və deyib ki, axırda xilafətin hakimi onu şallaq və ölümlə hədələyib.
Meyin ərinin hal-hazırda Kobani yaxınlarında həbs olunduğu güman edilir. O, əri olmadan yaşaya bilməyəcəyini və öldürülməsini tələb edir. “Mən özümü öldürə bilmərəm, çünki bu intihar olar”, – suriyalı qadın yalvarır.

Üç İndoziyalı bacının həyat hekayəsi də ilgincdir. Bacılar Raqqaya ailələri ilə bərabər gəldiklərini deyib. Bacılar qeyd edib ki, Raqqaya getmək üçün böyük məbləğdə pul ödəyiblər.

“İlk dəfə İŞİD silahlıları ilə qarşılaşdığımızda onların gerçək müsəlman olmadığını gördük. Onlar Allah naminə cihad etdiklərini iddia edirlər, amma tək düşündükləri şey qadınlar və cinsi əlaqə qurmaqdır. Bu, dəhşətdir” – bacılardan Rahma deyib.

“Mən eşitdim ki, dul qadınla evlənən kişi 1000 dollar pul alır. Onlar mənimlə evlənmək istədiklərini səhər bəyan etdilər, cavabı isə dünəndən gözləyirlər”, – digər bacı Fina danışıb.

Noor isə qadın yataqxanalarından bəhs edib. “Yataqxanadakı qadınların davranışı İslamdan çox-çox uzaqdır. Onlar dedi-qodu edir, bir-birlərini vurur, dişləyir və vuruşurlar.” – Noor oradakı vəziyyəti təsvir edib.

İndoneziyalı bacılar Raqqaya Rahmanın xərçənq xəstəliyinin müalicəsi və Finanın kompüter təhsili üçün getdiklərini iddia ediblər. İndi isə İndoneziya səfirliyi ilə əlaqə saxlayıb evlərinə geri dönmək istəyirlər.

Ümumiyyətlə, bu qadınların nə vaxtsa Suriyadan gedə biləcəkləri məlum deyil. ABŞ-nin dəstəyi ilə İŞİD-ə qarşı vuruşan koalisiya qüvvələri İŞİD üçün çəmbər daraldıqca ailələr oradan qaçır. Alilələrin taleləri isə rəhbərliyin qarşılaşdığı digər məsələlərdən biridir./musavat.com

interposta.info
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri
İŞİD silahlılarının “Xilafət”dən qaçan arvadları - həyat hekayətləri

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26