Azərbaycan məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb
Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb.
APA-nın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Dövlət Gəlirləri İdarəsindən bildirilib.
Belə ki, Bavrı gömrük idarəsinin əməkdaşları Gürcüstandan Ermənistana keçən avtomobillərin içərisində Azərbaycan istehsalı olan yarım tondan çox çay və xörək duzu aşkarlayıblar. Avtomobillərin sərnişinləri ərzaqların mənşəyi barədə xəbərsiz olduqlarını bildiriblər. Bu barədə məlumatlandıqdan sonra onlar bu məhsulları Ermənistana aparmaqdan imtina ediblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26