Interposta.Info

Azərbaycanlı ailənin ABŞ-da böyük uğuru –

Müxtəlif
 16-06-2017, 07:28     519

Şərifovlar ailəsi 2011-ci ildə “Green Card” qazanaraq ABŞ-a miqrasiya ediblər və ailənin bütün üzvləri “Washington Bothell” Universitetinə daxil olub.

Teleqraf.com "1news"a istinadən məlumat verir ki, Nərminə və Elnurun anası Lalə xanım xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, təhsilini davam etdirib.

Təhsil ilə yanaşı, Lalə xanım kimya və radioterapiya kursları alıb, üç dəfə əməliyyat olunub.

Hazırda Şərifovlar ailəsi “beşqat” qələbəni qeyd edirlər: ailənin bütün üzvləri “Washington Bothell” Universitetini fərqlənmə ilə bitiriblər, Lalə xanım isə həm də xərçəng xəstəliyinə qalib gəlib.

Elnur Şərifov biokimya, Lalə xanım və onun həyat yoldaşı Emil bəy isə mühasibatlıq fakültəsini təhsil alıblar. “Hüquq, cəmiyyət və hakimlik” fakültəsini bitirən Nərminə Şərifova isə 2017-ci ildə həmçinin Prezident medalı da qazanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26