Interposta.Info

Sabunçuda erməni sevgisi: Moskva Bakının göz yaşlarına nədən inansın ki...?

Müxtəlif
 15-06-2017, 20:45     687

interposta.info bildirir ki, dəyərli oxucu, düz bir ay öncə Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadə Moskvada olarkəın küçələrin birində "26 Bakı Komissarı" yazılmış lövhəni telefonun yaddaşına köçürərək Rusiyanın erməni sevgisinin daha bir əlaməti olan fotosübut kimi oxuculara təqdim etmək istəyib.

Amma indi Bakının rayonlarının birində üzə çıxan bu rəzaləti və ondan da daha betəri - kimsənin bu rüsvayçılığa görə özünün günahkar bilməməsini gördükdən sonra nə deməyə söz qalmır, nə yazmağa...

Bakının Sabunçu qəsəbəsində bir küçənin sovet dövründən bəri hələ də 26 Bakı Komissarının adını daşıdığı bəlli olub.

Bildirilir ki, bu biabırçı faktı “Kaspi” qəzetinin əməkdaşı Azər Nuriyev müəyyən edib. Jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən, küçənin Bakı komissarlarının adına olduğunu görüb:

“1918-ci ildə onminlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib... Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən “26-lar” sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər...”.

Məsələ ilə bağlı Sabunçu rayon İH-dən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib və NK-nın müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək. NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. BŞİH-in mətbuat xidmətindən də telefon zənglərinə cavab verən tapılmayıb...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26