Interposta.Info

Avropanı fəth edən azərbaycanlıya hörmətsizlik

Müxtəlif
 5-06-2017, 14:11     541

“Heyvan” filmi ilə Kann Film Festivalında ikincilik əldə edən Ərk qardaşları - Bəhmən və Bəhram Təbrizə qayıdıblar.

Axar.az xəbər verir ki, yerli əhali məşhur incəsənət xadimlərini Təbriz hava limanında alqışlarla qarşılayıb, lakin Şərqi Azərbaycan Vilayətinin yerli məsulları qarşılanma mərasiminə qatılmayıb.

Ötən gün Təbrizin imam cüməsi vəzifəsinə yeni təyin edilmiş Məhəmməd Əli Haşimi də bu şəhərə gəlib. Lakin Ərk qardaşlarından fərqli olaraq, onun üçün rəsmi qarşılanma mərasimi təşkil olunub və mərasimdə bir çox yerli məsul iştirak edib. İki qarşılanma mərasiminin müqayisəsi sakinləri narahat edib.

Qeyd edək ki, “Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə dialoq yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26