Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib -

Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26