Azərbaycanlı və erməni

İranın paytaxtı Tehranda “Qeyri-maddi mədəni irs” Beynəlxalq Fotoqraf Yarışması keçirilib.
Kult.az xəbər verir ki, yarışmanın yekununda Ərdəbildən Əbdulrəhman Mücərrəd, Təbrizdən Sabir Qazi, Urmiyadan Cavad Əsgəroğlu qalib olub. Onlar təqdir lövhəsinə layiq görülüblər.
Yarışmanın digər qalibləri - pakistanlı İbrahim Mahmud və ermənistanlı Hakub Kimtelyan xatirə lövhəsi ilə mükafatlandırılıb.
Tehran Beynəlxalq Fotoqraf Yarışmasına 12 ölkənin (İran, Tacikistan, Ermənistan, Cənubi Koreya, Hindistan, Fransa, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Pakistan və Əfqanıstan) nümayəndəsi qatılıb, yarışmada 403 foto final mərhələsinə çıxıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26