Interposta.Info

Azərbaycanlı bərbərdən qeyri-adi üsul -alovla saç kəsir

Müxtəlif
 15-05-2017, 07:36     505

Bakıda bir bərbər insanların saçını formaya salarkən qəribə üsuldan istifadə edir.

interposta.info
Xezerxeber.az-a istinadən məlumatına görə, Pünhan usta saçları spirtləyərək əməlli başlı alovlandırır. O, bunu şou xətrinə etmir.

Azərbaycanlı usta deyir ki, saçları alovlandırmaq onu düz hala salmaq üçün ən yaxşı vasitədir.

“Uzun saçları düz hala salmaq üçün çox vaxt kimyəvi maddələrdən istifadə edilir. Alov isə təbiidir, saçlara heç bir zərəri yoxdur”, - deyə usta bildirir.

Amma bu üsuldan hər kəsin istifadə etməsi məsləhət deyil. Çünki alova bəs edəcək qədər spirtin miqdarını bilmək, eyni zamanda alovun başdakı dərini yandırmaması üçün cəld davranmaq lazımdır.

Pünhan ustanın sözlərinə görə, o, öz işi ilə bağlı davamlı olaraq yeniliklər axtarır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26