Interposta.Info

Azərbaycanda gizli hərbçi mağarası tapıldı -

Müxtəlif
 13-05-2017, 19:41     1 913

Güney Azərbaycanın Azərşəhr (Tufarqan) şəhərinin Yengicə kəndində qədim yeraltı yaşayış məkanı aşkar edilib.

Axar.az xəbər verir ki, Azərşəhrdə mədəni irs fəallarından olan Cavad Yasemipur yeni tapılan tarixi məkanla bağlı bunları deyib:

“Bu tarixi mağara böyük ehtimalla gizli və müvəqqəti yaşayış məkanı olub. 15 kilometrlik mağaranın bir neçə çıxışı var. Çox güman ki, bura savaşlar zamanı hərbçilər tərəfindən istifadə olunub”.

Cavad Yasemipur mağaranın islamdan əvvəlki dövrlərə aid olduğunu bildirib.

interposta.info
Azərbaycanda gizli hərbçi mağarası tapıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26