Interposta.Info

Ən təhlükəsiz avtomobil niyə “ölüm maşını”na çevrildi... -

Müxtəlif
 10-05-2017, 17:53     988

Ötən həftə Bakəda baş verən 2 ən səs-küylü yol nəqliyyat hadisəsinin hər ikisinin"Porsche” markalı avtomobillə törədilməsi müzakirələrə yol açıb. Bəziləri bu markalı avtomobillərin sonunda "ölüm maşını” adını alacağını deyir, bəziləri isə bahalı olduğundan "Porsche”nin haram pullarla alındığını və bu səbəbdən də sonunun faciəylə nəticələndiyi fikirlərini səsləndirir.

interposta.info xəbər verir ki, BakiPost.az məsələnin aktuallığını nəzərə alaraq "Porsche” markalı avtomobillə törədilən yol qəzalarından bəzilərini təqdim edir:


2015-ci ildə 90 NV 800 dövlət qeydiyyat nişanlı, Qarayev Ənvər Əli oğluna məxsus "Porsche" markalı avtomobil prospektin kənar yolu ilə hərəkətdə olan zaman sürücü idarəetməni itirib.

Nəticədə avtomobil bardürə çırpılıb və kənar yoldan çıxaraq əsas yola düşüb. Qəza zamanı xəsarət alan olmayıb.

Eyni ildə yenə 85 BB 855 dövlət nişanlı "Chevrolet” markalı minik avtomobili ilə 90 SN 888 dövlət nişanlı "Porsche Panamera” toqquşub, "Chevrolet” səkiyə çıxıb.
Ən təhlükəsiz avtomobil niyə “ölüm maşını”na çevrildi... -


2014-cü ildə Təbriz küçəsi ilə yüksək sürətlə hərəkət edən, sürücüsü məlum olmayan "90 VT 830” dövlət nömrə nişanlı "Porsche Panamera” 42 yaşlı Rahim Mustafayevin idarə etdiyi "Fiat” markalı avtomobili vurub.

Qəzanı törədən "Porsche”nin sürücüsü və sərnişini içkili vəziyyətdə olduqları üçün hadisə yerini tərk ediblər. Sürücünün qadın olduğu bildirilirdi.

Bir qədər geriyə ekskursiya etsək - 2012-ci ildə də dəhşətli qəza olub. Martın 16-da baş vermiş dəhşətli yol qəzasından əvvəl Bakının Nəsimi rayonu ərazisində silahlı insident olub.

Saat 04 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında 29 yaşlı Ramal Bayramov güllələnib. Naməlum şəxs ona 4 güllə atıb.
Güllələrdən yalnız ikisi onu sağrı və bud nahiyəsindən yaralayıb. Məlumata görə, tərəflər arasındakı münaqişə "Infiniti” barında baş verib. Sonra söhbəti bardan çıxaraq kənarda davam etdiriblər və silah işə düşüb.

Həmin güllələnmədən təxminən yarım saat sonra silahlı insidentin iştirakçısı olan Firudin Arzu oğlu İsmayılovun idarə etdiyi "Porsche” Babək prospektində qəzaya düşərək alışıb.

Sürücü və maşında olan Rəşad İbrahimov yanaraq kül olublar. Qəza zamanı "Porsche” saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb.
Ən təhlükəsiz avtomobil niyə “ölüm maşını”na çevrildi... -


Qeyd edək ki, "Porsche” Almaniyanın Ştutqart şəhərində istehsal olunur. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulub. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur.

Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir. "Porsche” 2010-cu ildə dünyada ən təhlükəsiz maşın elan edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26