Interposta.Info

Uinston Çörçill islam dinini qəbul edəcəkdimi? -

Müxtəlif
 5-05-2017, 15:34     481

Məktublardan görülür ki, ailəsi Çörçillin islam dinini qəbul etməməsi üçün ona yalvarıb
Uinston Çörçill Britaniya imperiyasının sadiq müdafiəçisi hesab edilsə də, Şərqə və islama sevgisi olub.

Britaniyanı II dünya müharibəsindən qalibiyyətlə çıxaran Çörçill o qədər Şərq mədəniyyəti və islama rəğbətli olub ki, ailəsi onu müsəlman olmamağa inandırmaq üçün məktublar yazıb.

1907-ci ilin avqust ayında qardaşının gələcək həyat yoldaşı məktubda yazıb: “Xahiş edirəm, islam dinini qəbul etmə. Mən sizin şərqsayağı oriyentasiyada olduğunuzu sezirəm. Əgər siz islamla təmasa girsəniz, onu qəbul etməniz gözlənildiyindən də tez olacaq, bu qanla sonuclanacaq. Mənim nə demək istədiyimi bilirsinizmi, ona qarşı mübarizə aparın ” – məktubda yazılır.

Bu məktub Kembric Universitetinin araşdırmaçısı Uorren Dokter tərəfindən aşkar edilib. Məktubu Çörçillin qardaşı Ceklə evlənən Ledio Qvendolayn Berti yazıb.

“The Independent”-ə danışan Dokter deyib ki, Çörçill heç vaxt ciddi şəkildə islamı qəbul etməyi düşünməyib. “O, həmin vaxtda, demək olar ki, ateist olub. Sadəcə olaraq, viktorianlılar kimi o da islam mədəniyyətinə heyran olub” – Dokter bildirib.

Çörçillin islam cəmiyyəti ilə tanışlığı Sudanda olub. Həmin vaxt Çörçill Britaniya ordusunda zabit idi. Ledi Laytona 1907-ci ildə yazdığı məktubda yazıb ki, o, çox istərdi ki, paşa olsun. Paşa Osmanlı imperiyasında yüksək hərbi rütbəydi.

O, hətta ərəb paltarlarını da gizlicə geyinib baxırmış. Çörçill bu həvəsini dostu şair Uilfrid Blantla paylaşıb. Lakin Dokter bildirir ki, Çörçillin ailəsinin narahat olmasına əsas yox idi. Bertinin narahat olmasına səbəb Çörçillin Afrika turuna çıxması və dostu Blantla görüşməsi olub. Blant o dönəmin ərəbpərəst, anti-imperialist şairi olub. Zaman-zaman Çörçill və o, ərəb paltarlar geyinərək Blantın təşkil etdiyi gecələrdə iştirak etsə də, iki dostun nadirən bir-biri ilə razılaşdığı bildirilir.

1940-cı ildə Çörçill faşist Almanyasına qarşı vuruşan Britaniyanın başında olanda Londonda məscidin tikilməsinə görə 100 000 funt sterlinq vəsait ayırdı. Belə bir addımın atılmasında məqsəd almanlara qarşı müsəlman ölkələrinin dəstəyini almaq idi. Hazırda Recent parkında yerləşən məscid Londonun mərkəzi məscididir.

Çörçill sonra Nümanyəndələr Palatasına bildirib ki, müsəlman ölkələri bu hədiyyədən çox məmnun qalıblar.

Eyni zaman bildirilir ki, Çörçill hər nə qədər islama sevgi bəsləsə də, bir o qədər də onu tənqid edib, şəriət qaydalarını cəmiyyətə zərərli görüb. 1899-cu ildə Sudanda baş verən “Çay müharibəsi” barəsində hesabatda yazıb: “Müsəlmanlar fərdi olaraq möhtəşəmdirlər, lakin din ona tabe olanların sosial inkişafını geri salır. Dünyada bundan güclü cəmiyyəti gerilədən bir şey yoxdur”.

Çörçill islam dinini “Muhammedanizm” adlandırırdı, çünki o dövrdə qərbi Avropada İslam belə adlandırılırdı. Çörçill islamı zəif deyil, əksinə, savaşan və yayılan din hesab edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26