Interposta.Info

“ASAN xidmət”

Müxtəlif
 2-05-2017, 12:38     564

“Tikintidə çalışan şəxslər və tikintini aparan şirkət arasında müqavilənin olub-olmamasını “ASAN xidmət” aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirəcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

“Qeyri-leqal əmək, yəni əmək müqaviləsinin olmaması müəyyənləşdikdə inzibati tənbeh tədbirləri görüləcək.

Tərkibində cinayət məsuliyyəti olan işlərdə “ASAN xidmət” topladığı faktları sənədləşdirərək aidiyyəti dövlət orqanlarına təqdim edəcək. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlarla aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanın icrası ilə bağlı görüş keçirilib və tədbirlər planı hazırlanır. Bu gündən işlərə başlayacağıq”, - deyə sədr müavini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26