Interposta.Info

Şəkər xəstələri üçün möcüzəli üsul -

Müxtəlif
 27-04-2017, 16:57     586

12 yaşından əqli və fiziki inkişafdan geri qalma, çəki itirmə, halsızlıq şikayətləri fonunda şəkərli diabetdən əziyyət çəkən yeniyetmə bioloji tənzimləyici terapiya ilə xəstəlikdən xilas olub.

Axar.az xəbər verir ki, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli bəzi həmkarlarının “şəkərli diabet sağalmır, pasientin həyat tərzinə çevrilərək ömrünün sonuna qədər onunla yoldaşlıq edir” kimi fikirlərinə baxmayaraq, hətta gündə 3 dəfə insulindən istifadə edən yeniyetmənin bioloji tənzimləyici terapiya ilə kompleks müalicəsinə nail olub.

Nəticə Azərbaycan səhiyyəsinə yeni uğur gətirib. Yeniyetmə insulindən istifadəni dayandırıb və bir tip şəkərli diabetdən xilas olub.

Qeyd edək ki, akademik təbabətlə sağalmayan bir sıra xroniki xəstəliklərin, məsələn, şəkərli diabet, bronxial astma, allergik rinit, allergik dermatit və s. xəstəliklərin bioloji təbabətlə müalicəsi uşaqlarda daha effektli olur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26