Interposta.Info

2 dəfə dayısı qızını qaçırdan məhkum:

Müxtəlif
 17-04-2017, 21:55     1 049

ARB TV-nin "Rezonans" verilişində bu dəfə öz doğma dayısı qızını iki dəfə qaçırdan Namiq Həsənovun həyat hekayəsinə yer verilib.

Namiq Həsənov (cəzası: 7 il, ümumi 11 il): "Öz dayımqızını sevirəm. Qız razı idi. Qızı qaçırtdım. Dayımın arvadı məni tutdurdu. Dayımın arvadı razı idi, amma sözünün üstündə durmadı və həbsxanaya saldırdı. Həbsdə olanda qızla danışırdım. Həbsdən çıxanda bunlara getdim. Onunla evlənmək istəyirdim, amma mənim qabağıma şərtlər qoydular. Ev-eşik düzəltməmi, imkanımın yaxşı olmasını istədilər. Rusiyanın Tümen vilayətinə işləməyə getdim. Orada o qədər gözəl qızlar var idi ki, başımı qaldırıb baxmamışdım. Oradan qayıdanda əlidolu gəldim. Amma yenə danışığımız düz gəlmədi. Yenə qızı qaçırtmalı oldum. Qızın anası yenə məni şikayət etdi və yenə tutdurdu. Peşmanam. Kaş el adəti ilə elçi göndərib ailə qurardım. İndi barışmaq istəyirlər, amma bizimkilər razı olmur. Qızla danışıram. Aramız yaxşıdır. Çıxandan sonra yenidən qovuşacayıq. Bu səfər ağsaqqalları göndərəcəm. Sizi də toya dəvət edəcəm, 3-cü dəfədən istədiyimə çatacam. Qoy dünya görsün ki, dediyimə əməl edirəm".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26