Interposta.Info

Erməni əsirin etirafları:

Müxtəlif
 4-04-2017, 12:20     567

Qarabağ müharibəsi zamanı Azərbaycana erməni döyüşçülərindən kifayət qədər əsir düşüb. Bu əsirlərdən çoxu özlərinin necə mənasız işlə məşğul olduqlarını və sadə ermənilərin müharibədən artıq bezdiyini dilə gətiriblər.

Axar.az bu dəfə öz oxucularına 1994-cü ildə əsir götürülmüş erməni əsgərlərindən birinin açıqlamasını təqdim edir. Media nümayəndələri qarşısında çıxış edən erməni müharibənin tez bir zamanda bitməsini istəyir:

“Mənə icazə versəniz, bildiklərimi sonuna qədər söyləyəcəyəm. Ermənistan tərəfindən başladılan bu savaş mənasız bir müharibədir. Bu savaşın nə Ermənistana, nə də ki Azərbaycana bir faydası var. Bu savaş erməni xalqını canından bezdirib. Bunu Azərbaycan xalqına da aid etmək gərəkdiyini düşünürəm. Ona görə də bu savaşı bitirmək lazımdır. Mən beynəlxalq ictimaiyyətə səslənirəm. Burada olan media nümayəndələrinə deyirəm ki, bütün beynəlxalq ictimaiyyətə bunları çatdırın və bu mənasız müharibəni bitirin. Bu müharibə qardaş xalqlar arasında aparılır. Çünki bilirsiniz ki, biz illərlə yan-yana sülh içində yaşamışıq. Şəxsən mən Bakıda iki il təhsil almışam. Biz duz-çörək kəsmişik və indi bu duz-çörək qana dönüb. Bu, qorxunc bir şeydir. Duyğularımı ifadə edəcək kəlmə tapa bilmirəm. Etdiyimiz şeylər vəhşətdir. Mən sizlərdən, yəni dünya mediasından rica edirəm. Öz dövlətlərinizin bu işə qarışmasını təşkil edin və onlar bu savaşı bitirsinlər”.

Qeyd edək ki, görüntülər TRT televiziyasının onlayn arxivində yerləşdirilib (Videonu BURADAN üzləyə bilərsiniz).

XeverBiz.az
https://www.trtarsiv.com/izle/86636/ermeni-esirin-itiraflari

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26