Interposta.Info

“Bin Laden” qrupu 2020-ci ildə Məkkəni bu hala salacaq - VİDEO

Müxtəlif
 21-03-2017, 13:44     985

Dünya müsəlmanlarının Həcc ziyarətini icra etdiyi ən müqəddəs məkanı olan Məkkədəki Məscidül-Həramın genişləndirilməsinin üçüncü mərhələsi başlanır.

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yeni layihə məsciddə eyni zamanda 1,6 milyondan çox zəvvarın ibadət etməsinə hesablanıb.

Xatırladaq ki, Məkkənin genişləndirilməsi 2011-ci ildən mərhum Səudiyyə kralı Abdullah bin Əbdüləziz tərəfindən başlanılıb. Ancaq təzadlısı odur ki, layihə vaxtilə ABŞ tərəfindən “dünyanın 1 nömrəli terrorçusu” elan edilərək öldürüldüyü bildirilən Bin Ladenin qardaşlarının rəhbərlik etdiyi “Binladen” şirkətlər qrupu tərəfindən həyata keçirilir.
“Bin Laden” qrupu 2020-ci ildə Məkkəni bu hala salacaq - VİDEO

Rəsmi “Saudi-Press” agentliyinin məlumatına görə təxminən 26,6 milyard ABŞ dolları dəyərində olan layihəyə əsasən binanın genişləndirilməsi 1.47 milyon kvadrat metri əhatə edir. Binaya ibadət üçün yeni 6 mərtəbə əlavə ediləcək, 78 yeni qapı, 680 eskalator, 24 lift və 21min ayaqyolu və dəstəmaz yeri quraşdırılacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26