Interposta.Info

Nəcməddin Sadıkovun 1992-ci ilə aid eksklüziv videosu yayıldı –

Müxtəlif
 16-03-2017, 17:53     4 952

 Nəcməddin Sadıkovun 1992-ci ilə aid eksklüziv videosu yayıldı –

 

Sosial şəbəkələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkovun eksklüziv videosu yayımlanıb.

Maraqla qarşılanan və müzakirələrə səbəb olan video 1992-ci ildə çəkilib. Videoda Nəcməddin Sadıkov Ağdərə döyüşü öncəsi həbsdən azad olunanlara hərbi təlim keçir.

Qeyd edək ki, videonun ANS televiziyasına aid olduğu deyilir.

Xatırladaq ki, Nəcməddin Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib./turkustan.info
 
interposta.info

 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26