Interposta.Info

Erməni terrorunun iç üzü —

Müxtəlif
 15-02-2017, 13:52     675

Erməni terrorunun iç üzü —

Erməni İnqilab Ordusu 1983-cü ildə yaranıb. Erməni İnqilab ordusu öz manifestini yaymışdı. Manifestdə deyilirdi: “Bütün hökumətlərə, dünya ictimaiyyətinə və mətbuatına: Türkiyə və dünya ictiamiyyətinin ədalət prinsiplərinə və beynəlxalq qanunlara qarşı həyasızlığı və etinasızlığı bizi bir daha əmin edir ki, Ədalətli Məhkəmə üçün yeganə yol silahlı mübarizədir.”
Erməni terrorunun iç üzü —

Adından və mətbuatda nəşr edilən məqalələrdən məlum olur ki, Erməni İnqilab Orudusu Daşnaksütyun partiyası ilə əlaqəli bir təşkilatdır.
Bu təşkilat barədə çox məlumat yoxdur. Biz bu yazıda Erməni İnqilab Ordusunun törətdiyi bir sıra cinayətlərin siyahısını təqdim edəcəyik. Bununla da erməni millətinin türk millətinə olan nifrəti, kini bir daha sübut edilir. Təbii ki, ermənilərin qurduğu ən böyük terror qruplaşması ASALA-dır. Amma 1983-cü ildə qurulan Erməni İnqilab Ordusu da elə ASALA kimi türk millətinə qarşı terror aktları törətmiş, günahsız insanların ölümünə səbəb olmuşdur.

1983-86-cı illər ərzində Türkiyə diplomatlarına qarşı müxtəlif terror aktları törədilib. İlk dəfə türk diplomat 1983-cü ilin 14 iyul tarixində Brüsseldə qətlə yetirilib. Bu terror aktına görə məsuliyyəti ASALA və Erməni İnqilab Ordusu öz üzərinə götürmüşdü.
Erməni terrorunun iç üzü —

Erməni İnqilab Ordusunun ən məşhur aksiyası 1983-cü ilin 27 iyul tarixində Lissabon şəhərində fəaliyyət göstərən Türkiyə səfirliyinin ələ keçirilməsi olub. Terror aktının iştirakçıları Sedrak Acemyan, Simon Yahniyan, Ara Krclyan, Vaçe Daqlyan və Sarkis Abraamyan olub. Bu qrup “Lissabon beşliyi” kimi məşhurdur. Onlardan biri türk mühafizəçi ilə atışma zamanı qətlə yetirilib. Digərləri isə üzərlərindəki bombanın partlaması nəticəsində ölüblər.
Erməni terrorunun iç üzü —

Terror aktı nəticəsində portuqaliyalı bir polis əməkdaşı, Türkiyə səfirliyinin əməkdaşı Cahid Mıhçıoğlunun həyat yoldaşı həlak oldu. Eyni zamanda, Türkiyə diplomatının övladı yaralandı. Erməni İnqilab Ordusu hücuma səbəb kimi Türkiyə və onun müttəfiqlərinin erməni soyqırımını tanımaqdan imtina etdiyini göstərdi. «Time», «The Globe», «Newsweek», «le Monde», «Liberation», «le Figaro», «Al Nahar» kimi beynəlxalq mətbuat orqanları Lissabon hücumunu geniş şəkildə işıqlandırdı.
Erməni terrorunun iç üzü —

Hücumdan sonra Portuqaliya hökuməti Türkiyə xarici işlər nazirinin səfərini təxirə salmaq məcburiyyətində qaldı. Çünki yerli hakimiyyət nazirin təhlükəsizliyini təmin edə bilmirdi.

Erməni ziyalıları terrorçularını təriflədi. “Lissabon beşliyi”-nin şərəfinə Ovanes Şiraz şer, Vaqe Oşakan “Telefon” heyakəsi yazdı. Qarnik Sarkisyan isə onların xatirəsinə “İnq Ay srder” mahnısını (5 erməni ürəyi) bəstələdi.
Erməni terrorunun iç üzü —

Həyata keçirilən terror aktları:

1984-cü il 20 iyun, Vyana şəhəri, Avstriya.
Türkiyənin Vyanada fəaliyyət göstərən səfirinin sosial məsələlər üzrə müşavirinin köməkçisi Erdoğan Özenin avtomobili partladıldı. Terror aktı nəticəsində Erdoğan Özen həlak oldu. Partlayış nəticəsində iki Avstriya polisi və 3 nəfər küçədən keçən şəhər sakini yaralandı.

1984-cü il, 19 noyabr, Vyana şəhəri, Avstriya
BMT-nin sosial və humanitar məsələlər üzrə mərkəzinin Vyana bölməsində işləyən Türkiyə vətəndaşı Enver Ergün öz avtomobilində qətlə yetirildi. Avtomobildə Erməni İnqilab Ordusu təşkilatının inisialının bir hissəsi tapıldı. Bu, qəsdən maşına atılmışdı.

1985-ci il, 12 mart, Ottava şəhəri, Kanada
Erməni İnqilab Ordusunun üç üzvü tərəfindən Türkiyə səfirliyinin binası ələ keçirildi.

1986-cı ilin noyabr ayı
Erməni İnqilab Ordusunun döyüşçüləri Parisdə “Air Canada” şirkətinin binasını ələ keçirdilər. Terrorçular bu aktla Kanadadaməhkəmənin üç erməni terrorçusuna oxuduğu hökmə etiraz edirdilər. Ermənilər binada barrikada qursalar da, bir saat sonra polisə təslim oldular.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26