Interposta.Info

.

Müxtəlif
 12-02-2017, 22:55     1 094

.
Bir gənc kimi cəmiyyətimizdə baş verən qlobal hadisə məni çox məyus etdiyi üçün sizlərlə bölümək istəyirəm.
Son dönəmlərdə hər birimizin çox eşitdiyi "AVROPALAŞMAQ" kəliməsi haqqında danışmaq istəyirəm sizlərə.1906-cı ildə nəşr olunan Füyuzat jurnalı haqqında bir az məlumat verim. Füyuzat jurnalının baş redaktoru Əli bəy Hüseynzadə olmuşdur.Bu jurnalın ana xəttini türkləşmək,islamlaşmaq və avropalaşmaq ideyası təşkil edirdi.Əli bəy Hüseynzadə türk xalqının belə formalaşmasını istəyirdi.Avropa düşüncəli, firəng geyimli,müsəlman etiqadlı,damarlarınnan türk qani axan bir türk görmək istəyirdi.Və təəssüf hissi keçirdərək deyirəm ki, bütün bu xüsusiyyətləri daşıyan gənclərimiz cox az saydadır.İndiki gənclərimizin cox hissəsi geyimə daha çox fikir verir və belə olduqda müasir və avropalaşdıqlarını düşünürlər. Çox gənclərimizin isə mədəniyyət və hörmətdən heç xəbərləri belə yoxdur.Adi misal olaraq gündəlik nəqliyyatda istifadə etdiyimiz metro və avtobuslarda olan hörmətsizliyi göstərə bilərəm.Yaşlı bir qadın ayaq üstə, gənc oglan və ya qız əyləşmiş vəziyyətdə.Amma həmin gənc oğlanlar və ya orta yaşlı kişilər gənc bir xanim gələn kimi dərhal onlara yer verirlər əyləşməyə. Mənə görə ən böyük hörmətsizlik rəsmən budur.Mən mentalitet güdən bir gənc deyiləm.Lakin hər şey yerində olsa cox yaxşı olar.Ümid edirəm ki gənc nəslimiz müasirliyi tək geyimde yox,düşüncədə, hörmətdə,mədəniyyətdə inkişaf etdirsin.Çox istərdim ki Füyuzat jurnalı indiki müasir dövrümüzdə nəşrə başlasın.
Fidan Məmmədzadə

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26