Interposta.Info

Bakıdan olduğunu gizlədən marşal qızıl dolu təyyarəni necə oğurladı? –

Müxtəlif
 8-02-2017, 10:37     1 319

Bakıdan olduğunu gizlədən marşal qızıl dolu təyyarəni necə oğurladı? –

“Rossia-1” telekanalı SSRİ-nin aviasiya marşalı Sergey Xudyakovun həyatındakı sirlər və tapmacalar haqqında sənədli film çəkib.

Publika.az xəbər verir ki, “Marşal Xudyakovun ikili həyatı” adlanan film onun kim olması və haqqındakı tapmacalardan bəhs edir.
Xudyakov Böyük Vətən Müharibəsinə general-mayor rütbəsi ilə başladı, marşal olaraq başa vurdu. O, müharibə zamanı böyük işlər görmüşdü.
Müttəfiqlərin nümayəndə heyətinin Tehran və Yalta konfranslarına uçuşunu təmin etdi. SSRİ Hərbi Hava Qüvvələrinin 12-ci ordusunun Mancuriyaya (Çində tarixi ərazi-red) enməsini təşkil etdi, imperator Punu həbs etdi və Mancuriyanın qızıl ehtiyatını ələ keçirtdi. O, həmin vaxt artıq marşal rütbəsində idi. Lakin hər şey Mancuriyadakı qızılın nəqli zamanı baş verdi.
Bakıdan olduğunu gizlədən marşal qızıl dolu təyyarəni necə oğurladı? –

Xudyakovun rəhbərliyi ilə qızıl ehtiyatı iki təyyarəyə yükləndi və SSRİ-yə doğru uçuş başlandı. Marşalın özü qızıl gətirən təyyarələrin birində idi. Onun olmadığı təyyarə Moskvaya eniş etdi. Xudyakovun mindiyi təyyarə isə havada yoxa çıxdı. O, qızılla birlikdə təyyarəni oğurlamışdı.

1946-cı ildə Xudyakovu həbs etdilər. İstintaq isə marşalın əsil kimliyini ortaya çıxartdı: Armenak Hafaryan – Qarabağdan Bakıya köçmüş erməni. 1920-ci illərdə Bakıda adını dəyişdirərək, Sergey Xudyakov edib.

O, bunu niyə etdi, kimdən gizlənirdi?

Bu tapmacanın cavabı indiyə qədər məlum deyil.

1950-ci ildə Xudyakov-Hasfaryan güllələndi. Sonralar isə ona bəraət verdilər. Lakin onun həyatı tarixçilər üçün hələ də gizli olaraq qalır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26