Azərbaycan yol polisinin bu hərəkəti

Türkiyə mediası Azərbaycan yol polislərinin qarlı havada avtomobillərə kömək etməsi haqda yazıb.
Publika.az xəbər verir ki, məşhur “Haberler.com” saytı Azərbaycanda üç gün ərzində yağan qarın yolların buz bağlamasına səbəb olduğu və avtomobillərin yolda qaldığı haqda məlumat yayıb.
“Azərbaycan yol polisinin qarda sürüşən avtomobilləri xilas etmək cəhdləri isə sosial mediada rekord qırıb. Bu örnək hərəkətlərinə görə, yol polisləri sosial medianın gündəminə düşüb”, - deyə sayt yazır.
Azərbaycan yol polisinin avtomobillərə köməyi ilə bağlı xəbərlər “Sözcü”, “interposta.info” kimi məşhur internet qəzetləri tərəfindən də yayımlanıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26