Interposta.Info

Mərhum generalın

Müxtəlif
 1-02-2017, 16:00     676

Mərhum generalın
Mərhum polis generalı Rasim Musayevin o adda oğlu yoxdur və ailə qurmağa da hazırlaşmır.

interposta.info bildirir ki, Bu barədə Axar.az-ın ünvanına R.Musayevin qohumu olduğunu bildirən Gülnar Qasımova yazıb. Onun sözlərinə görə, xəbər şayiədir və heç bir əsası yoxdur.

Redaksiyanın digər mənbələrdən də əldə etdiyi məlumatda xəbərin yanlış olduğu bildirilib.

Xatırladaq ki, Kriminal.az saytı mərhum generalın oğlu Tərlan Musayevin tanınmış tarzən, xalq artisti Firuz Əliyevin qızı ilə ailə həyatı qurması barədə ötən gün xəbər yaymışdı.

Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26