Interposta.Info

Atamın ölümünün səbəbkarı Azərdir -

Müxtəlif
 28-01-2017, 07:30     749

Atamın ölümünün səbəbkarı Azərdir -

Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur.

interposta.info bildirir ki, bu sözləri Musavat.com-a açıqlamasında ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı 171 saylı orta məktəbin vəfat edən direktorunun qızı deyib.

Mərhum direktor Telman Qardaşovun qızı bildirib ki, Azər hər şeyə görə cavab verməlidir:
"O gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik".

Mərhumun evindən aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər. Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26